Saglamolun saytına istinadən Icma.az xəbər verir. Bu gün insanların əksəriyyəti depressiyada olduğundan şikayətlənir.
Böyükdən tutmuş kiçiyə qədər, istənilən yaş dövründə olan insan fərqinə belə varmadan depressiyaya düşdüyünü deyir.
Onlayn depressiya testləri, saysız psixoloqlar ordusu isə bu "xəstəliyin" qarşısında, demək olar ki, aciz qalıb.
Maraqlıdır, əslində depressiya nədir, nədən və necə yaranır?
Sputnik Azərbaycan-ın müxbiri bu və ya digər suallara cavab tapmaq üçün Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədova müraciət edib və hər kəsi depressiya ilə bağlı maraqlandıran suallara cavab tapmağa çalışıb.
- Qalib həkim, indi hamı depressiyada olduğunu deyir, həyatdan bezdiyindən şikayətlənir. Depressiya nədir axı?
- Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir.
Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadır.