Nevroz necə müalicə olunur?

15.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Müasir insanlar arasında nevroz çox yayılmış pozulmadır. Nevrozun əsas səbəbi uzunmüddətli xroniki stresdir.

Nevrozu vaxtında aşkar etmək və müalicəyə başlamaq çox vacibdir ki, bu pozulmanın fonunda insanda digər xəstəliklər inkişaf edə bilər (hipertoniya, ürək xəstəlikləri, depressiya və s.).

Həmçinin nevroz insanın şəxsi həyatında, ətrafdakı insanlarla münasibətlərə, iş fəaliyyətinə çox ciddi ziyan vura bilər.

Saglamolun.az xəbər verir ki, nevrozun səbəbindən və ağırlığından asılı olaraq müalicə taktikası hər xəstə üçün fərdi şəkildə seçilir. Bəzi xəstələrin müalicəsində  yalnız psixoteterapevtik metodikalar, digərlər xəstələrə isə həm psixoterapiya, həm də dərmanlarla müalicə təyin olunur.

Nevrozun müalicəsində bu kimi preparatlar istifadə oluna bilər:

- antidepressantlar

- trankvilizatorlar

- neyroleptiklər

Bütün bu preparatları yalnız mütəxəssis təyin etməlidir.

Həmçinin xəstəyə beyində qan dövranını və maddələr mübadiləsi proseslərini bərpa edən preparatlar, vitaminlər təyin oluna bilər.

Bundan əlavə müalicə zamanı massaj, iynəbatırma, refleksoterapiya, fitoterapiya (bitkilərlə müalicə) istifadə oluna bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью