“New York Times”: Tramp medianı Ağ Evdən çıxarmaq istəyir

21.10.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp Ağ Evdən medianın çıxarılması ideyasını müzakirə edir və Qərb qanadındakı məşhur Ceyms Bredi brifinq otağının boşaldılmasını təklif edir.

“New York Times” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib ki, Tramp guya Ağ Evin keçmiş mətbuat katibi Kerolin Levittə bir neçə dəfə jurnalistləri Ceyms Bredinin brifinq otağından çıxarmağı əmr edib. Avqustun 27-də vəzifəsindən ayrılan Levitt prezidentin dəfələrlə etdiyi iddia edilən bu tələbi rədd edib.

Tramp 1933-cü ildə Franklin D. Ruzveltin poliomielitdən əziyyət çəkən ayaqlarını müalicə etmək üçün tikilmiş qapalı üzgüçülük hovuzunun yerində tikilmiş brifinq otağını əvvəlki şöhrətinə qaytarmaq niyyətindədir. Məlumata görə, ABŞ prezidenti jurnalistləri Ağ Evin yaxınlığındakı Eyzenhauer İcra Ofisi binasına köçürməyi düşünüb, lakin onun müşavirləri əvvəllər logistik çətinliklər və siyasi nəticələr səbəbindən bu fikrə qarşı çıxıblar.

Bu ideya Trampın ilk səlahiyyət müddəti ərzində ortaya atılmışdı. 2016-cı il seçkilərindən sonrakı keçid dövründə ideya ovaxtkı baş strateq Stiven Bennon tərəfindən dəstəklənib, lakin yüksək vəzifəli şəxslərin etirazlarından sonra müzakirələr dayandırılıb. Mövzu 2017-ci ildə Ağ Evin təmiri zamanı və 2024-cü il seçkilərindən sonrakı keçid dövründə yenidən gündəmə gəlib.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью