Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"NexTrack" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunub.
Məlum olub ki, D.F. adlı şəxs 2025-ci ilin avqust ayının 3 günü sınaq müddəti ilə praktiki fəaliyyətə cəlb edilib, həm günlər üzrə əmək haqqı ödənilib, bununla da əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunub.
Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinub və 20 min manat məbləğində cərimə edilib.
Qeyd edək ki, ötən ilin fevral ayında yaradılan, nizamnamə kapitalı 10 manat olan "NexTrack" MMC merçendayzer (bir şirkətin məhsullarının mağaza rəflərində düzgün və cəlbedici şəkildə yerləşdirilməsini, təşviqat materiallarının (POS-material) quraşdırılmasını, tədarük zəncirini təmin etməyi və satış nöqtələrində brendin görünürlüyünü artırmağı hədəfləyən peşəkar şəxs) xidməti göstərir. Şirkətin qanuni təmsilçisi Xəlilov Elşən Tərxan oğludur.
Aydın