Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Soyuq aylar gəldikdə insanların çəkisində artım baş verir.
Bu fəsildə artıq təzə tərəvəz, meyvə, soyuq yeməklər yeyilmir, insan çox hərəkət etmir.
Həkimlər qışda bədənin piylənməsinin bir neçə səbəbini açıqlayıb.
Qışda insan intuitiv olaraq, orqanizmin də tələbi ilə daha kalorili və yağlı qidalar seçir.
Bizə daha çox ət, yağ, un və şirniyyat lazım olur. Bunun birinci səbəbi orqanizmin daxili istiliyi təmin etməsidir.
Onun enerjiyə tələbatı artır. Bu enerjini isə soyuq qidalar, tərəvəzlər verə bilməz.
Orqanizmin qış yuxusuna getməməsi, insanı soyuqda, qarda, yağışda isti evdə yatmayıb, gündəlik işlərinə davam etməsi üçün daha çox enerji ilə təmin etməli, prosesi nəzarətə almalıdır.
Əks təqdirdə insan yatıb, kaloriləri yığıb, daha da kökələ bilər.