“Nəyə görə yaşlı insanlar qayğısız qalır?“

03.10.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Aparıcı Azər Qərib yaşlı insanlar üçün səyahətlərin təşkil olunmamasından gileylənib.

Axşam.az-ın məlumatına görə, aparıcı mərhum anasının səyahət etməyi çox sevdiyini bildirib. O qeyd edib ki, anası həyat yoldaşı dünyasını dəyişdikdən sonra üç övlad böyüdüb və təqaüdə çıxdıqdan sonra övladları ilə bir çox ölkəyə səyahət edib.

“Anamın arzusu var idi ki, 70 yaşında rəfiqəsi ilə Parisə getsin. Bütün turizm agentlikləri dedi ki, biz bu yaşda insanlar üçün fərdi səfər təşkil etmirik, qruplara qoşa bilərik. Bunu da biz istəmədik.

Nəyə görə 50+ kateqoriya qayğısız qalır? Niyə heç kim onları düşünmür, onların rahat şəkildə səyahət etməsi üçün şərait yaradılmır?” deyə, Azər Qərib bildirib.

Aparıcı əlavə edib ki, özü yaxın günlərdə bunun üçün imaraqlı layihə edəcək.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью