Nəyə gülürsən, Qoca? Mətləb Ağanın şeiri

23.12.2024

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Mətləb Ağanın yeni şeirini təqdim edir.

Axşamların şaxtası,
sabahların soyuğu...
yatırsan ki, qar yağar,
durursan ki, gün doğur...

Dekabrın ən uzun
nəğməsi olsun gərək:
donuq pəncərələrdə
hey çiliklənən külək...

Qarı kimidir ömrün:
gümanları tükənmiş...
necə olur məzarlar?
sanki bələkdəsənmiş!

Qalan beş-altı sözdür:
yalan-doğru, fərqi yox...
çəksən belə, o rəsmi,
qoymağa bir sərgi yox...

... Heç lap üşüməsən də,
qapını ört, astaca...
... sonra, soruş özündən:
“nəyə gülürsən, Qoca?”

Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi "Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью