Neyləyirəm o ürəyi Bəxtiyar Vahabzadə

28.01.2026

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Bəxtiyar Vahabzadənin "Ürək" şeirini təqdim edir.

Ürək odur daim yana,
Od püskürə alovlana.
Od vermirsə qəlbə, cana
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.

Əgər ki, sevinib gülmür,
Döyüntüsün heç kim bilmir,
Çırpıntısı eşidilmir
Demək o, heç ürək deyil.
O heç mənə gərək deyil.

Vətəniyçün lazım gəlsə
Polad kimi gərilməsə,
Torpağına sərilməsə
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.

Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!

Koray Ergün vəfat etdi Kölgə - Rüstəm Dastanoğlunun hekayəsi Əfsanəvi fransız aktrisa vəfat etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью