Neymar 12 il sonra Santos da qol vurdu

17.02.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Braziliyalı hücumçu Neymar "Santos"a qayıtdıqdan sonra ilk qolunu vurub.

QOL.az xəbər verir ki, onun komandaası "Aqua Santa" ilə qarşılaşıb. Neymar isə sözügedən matçının 14-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirərək hesabı açıb.

Görüş "Santos"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki,  "Santos"un yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib. O, daha sonra “Barselona”, PSJ və “Əl Hilal”da oynayıb. Futbolçu bu qış "Santos"a qayıdıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью