Neymar 14 aydan sonra qol vurdu VİDEO

31.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

Braziliyalı futbolçu Neymarın da yer aldığı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu daxili çempionatda fasilə zamanı yoldaşlıq oyunu keçirib.

Publika.az xəbər verir ki, Jorje Jesusun komandası qeyri-rəsmi yoldaşlıq görüşündə “Əl Feyha” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Hesabı Neymar açıb. O, son 14 ayda ilk qolunu vurub. Braziliyalı sonuncu dəfə 2023-cü ilin oktyabrında qol vurub.

Qeyd edək ki, Neymar davamlı zədələr səbəbindən "Əl-Hilal"da az oynayıb.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью