Neymar 3 ildən sonra bunu ilk dəfə reallaşdırdı

12.08.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Hazırda "Santos"da çıxış edən braziliyalı superulduz Neymar son üç ildə ilk dəfə ardıcıl 6 oyun keçirib.

Fanat.Az xəbər verir ki, "WhoScored" statistika portalının hesabatına görə, söhbət onun 90 dəqiqə meydanda keçirə bildiyi matçlardan gedir.

Neymar 2023-cü ildən bəri ilk dəfədir ki, ardıcıl performans nümayiş etdirir. Bu 6 matçda braziliyalı 3 qol vurub, 3 məhsuldar ötürmə edib. 

Neymar bu ilin yanvarında karyerasına başladığı Braziliyanın "Santos" klubuna azad agent kimi qayıdıb.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью