Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu

09.10.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu

Braziliya çempionatında 20-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, ulduz futbolçu Neymarın çıxış etdiyi “Santos” bu turda “Flamenqo”nu qəbul edib. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

“Flamenqo” ilk hissəni 2:0 hesabı ilə öndə bitirib. Oyunun sonlarına yaxın Neymar dubl etməklə komandasını məğlubiyyətdən xilas edib. 34 yaşlı hücumçu 82 və 88-ci dəqiqələrdə fərqlənib.

“Santos” 29 turdan sonra 42 xalla 8-ci sıradadır. “Flamenqo” isə 61 xalla liderdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью