Neymar ağır zədə aldı

05.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Neymar ağır zədə aldı

“Santos”un hücumçusu Neymar zədələnib.

QOL.az xəbər verir ki, Braziliya klubu 34 yaşlı futbolçunun müayinədən keçdiyini və onun sağ bud nahiyəsində əzələ zədəsi aşkarlandığını açıqlayıb.

“Globo”nun məlumatına görə, bu tip zədədən sonra bərpa müddəti 4-8 həftə arasında dəyişir.

Neymar Braziliya kubunun 1/4 finalında “Palmeyras”la keçirilən cavab matçında (0:0) ağrı hiss edib. O, birinci hissədən sonra əvəzlənib.

Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью