Neymar: Amma məni dayandıracaq bir şey deyil

30.11.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Santos"un hücumçusu Neymar zədədən sonrakı vəziyyəti barədə danışıb. Sport24.az xəbər verir ki, brazliyalı ulduz futbolçu bununla bağlı "Globo"ya açıqlama verib:

"Fiziki cəhətdən özümü yaxşı hiss edirəm, hər gün daha da yaxşılaşıram. Bu zədə adamda əsəb yaradır. Amma məni dayandıracaq bir şey deyil. Növbəti oyuna mütləq hazır olacağam".

Bir müddət əvvəl mətbuatda Neymarın sol dizindəki meniskdən zədə aldığı və bu səbəbdən mövsümün qalan hissəsində meydana çıxa bilməyəcəyi barədə xəbər yayılmışdı.

"Santos"un tibbi heyəti əməliyyat olunmağı tövsiyə etsə də, braziliyalı çempionatın son turlarında oynamağa can atır. Çünki komandası A Seriyasındakı yerini qorumaq üçün mübarizə aparır.

Qeyd edək ki, Neymar cari mövsümdə ümumilikdə 26 matçda meydana çıxıb. Onun aktivində 8 qol vurub və 4 məhsuldar ötürmə var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью