Neymar başladı RƏSMİ

16.12.2024

Fanat saytına istinadən Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun uzun müddət yaşıl meydanlardan kənarda qalan hücumçusu Neymar zədəsini sağaldaraq məşqlərə başlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

"Əl-Hilal" sosial şəbəkələrdə kolektivlə birlikdə çalışan 32 yaşlı futbolçunun fotosunu paylaşıb.

Dizindəki çarpaz bağların qopması səbəbindən 1 ilə yaxın futbol oynaya bilməyən "sambaçı" noyabrın 4-də Asiya Çempionlar Liqasında İranın “istİqlal” komandasına qarşı matçda (3:0) növbəti dəfə zədələnmişdi. Neymar həmin qarşılaşmanın ikinci hissədə oyuna qoşulmuş və əsas vaxtın bitməsinə bir neçə dəqiqə qalmış budundan xəsarət alaraq meydanı tərk etmişdi.

Qeyd edək ki, Neymar “Əl-Hilal” forması ilə cəmi 7 oyunda iştirak edərək 1 qolla yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью