“Neymar başqa dünyadandır”

17.11.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mançester Yunayted”in futbolçusu Kazemiro açıqlama verib.

Futbolpress.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi həmyerlisi Neymarı tərifləyib:

“Neymarla oynamaq xüsusidir. O, istənilən milli komanda üçün önəmli fiqur olardı. Formada olduğu zaman qarşısını almaq mümkün deyil. Neymar başqa dünyadandır”.

Neymar hazırda ölkəsində “Santos”da çıxış edir. O, bu komanda ilə 26 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Sonuncu dəfə 2023-cü ildə Braziliya yığmasında oynayan 33 yaşlı futbolçu millidə 79 qolla bombardirdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью