Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Braziliya millisinin və "Santos"un hücumçusu Neymarın beşinci övladı dünyaya gələcək.
BAKU.WS xəbər verir ki, futbolçu və həyat yoldaşı Bruna Byankardi bu barədə sosial şəbəkədə paylaşım edərək gender videosu yayımlayıblar. Cütlüyün qız övladı olacağı bildirilib.
Qeyd edək ki, Neymarın artıq iki qadından dörd övladı var. Yeni doğulacaq körpə futbolçunun beşinci övladı olacaq.