Neymar Braziliya millisindən getdi

29.07.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Santos” klubunun hücumçusu Neymar Braziliya milli komandasından istefa verdiyini açıqlayıb.
Yeniavaz.com
“Actu Foot” portalına istinadla xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Düşünürəm ki, Braziliya milli komandası ilə hekayəm bitdi. Mən hər şeyimi verdim. Bütün ürəyimi, bütün həyatımı verdim, amma indi inanıram ki, artıq bunu etmək istəmirəm”, - o əlavə edib.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2010-cu ildən bəri milli komandada 130 oyun keçirib, 80 qol vurub və 59 məhsuldar ötürmə edib. O, Braziliya millisinin bütün dövrlərin ən çox qol vuran oyunçusudur.
Xatıatladaq ki, 2026-cı il Dünya Kubokunda Braziliya 1/8 finala yüksəlsə də, Norveçə məğlub olaraq kubok uğrunda mübarizəni dayandırıb (1-2).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью