Neymar Braziliya millisinə qoşulmayacaq

15.03.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliya millisinin və "Santos"un futbolçusu Neymar yığmanın qarşıdakı oyunlarını buraxacaq.

QOL.az xəbər verir ki, bu haqda Braziliya Futbol Federasiyasının (CBF) mətbuat xidməti məlumat yayın.

Daha əvvəl Braziliya millisinin baş məşqçisi Dorival Junior 33 yaşlı futbolçunu DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya (21 mart) və Argentina (26 mart) ilə oyuna çağırıb.

Bildirilir ki, Neymarın yığmaya qatılmaması qərarını komandanın tibbi heyəti verib.

Neymar Braziliya millisində son oyununu 2023-cü il oktyabrın 18-də Uruqvaya qarşı keçirib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью