Neymar Braziliya millisinin oyunlarını buraxacaq

24.08.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Braziliyanın "Santos" klubunun futbolçusu Neymar sıradan çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, "ağ-qaralar" bununla Braziliya Futbol Konfederasiyasına (CBF) məlumat verib.

33 yaşlı hücumçu avqustun 21-də keçirilən məşq zamanı xəsarət alıb. Onun Braziliya millisinin qarşıdakı oyunlarında iştirak etməyəcəyi dəqiqdir.

Neymar 2023-cü ilin oktyabrında Uruqvayla matçda ön çarpaz bağından zədələndikdən sonra yığmanın heyətində yer ala bilmir.

Qeyd edək ki, Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində Çili (4 sentyabr) və Boliviya (9 sentyabr) yığmaları ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью