Neymar Braziliyada qalmayacaq Planlar açıqlandı

28.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"dan ayrılan Neymarın gələcək planları bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Mənbə ulduz futbolçunun yetirməsi olduğu "Santos"la yarım illik müqavilə bağlayacağını və sonradan anlaşma yeniləməyəcəyini vurğulayıb. Xəbərə görə, 32 yaşlı forvard 6 aylıq sözləşməsinin müddəti başa çatnabdan sonra Avropaya qayıtmaq haqda düşünür.

Xatırladaq ki, Neymar Səudiyyə Ərəbistanında cəmi 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью