Neymar bu kluba keçəcəyini açıqladı

17.12.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Əl-Hilal"ın hücumçusu Neymar karyerasını ABŞ-da davam etdirə bilər.

Publika.az xəbər verir ki, braziliyalı futbolçu müqaviləsinin sonunda karyerasını "İnter Mayami"də davam etdirəcəyini açıqlayıb. Bu barədə "Sky Sport" məlumat yayıb.

Onun "Barselona"dakı keçmiş komanda yoldaşları Lionel Messi, Luis Suares, Serxio Busquets və Xordi Alba MLS klubunda çıxış edir. Daha bir sabiq "Barsa"lı Xavyer Maskerano isə komananın baş məşqçisidir.

Neymarın "Əl-Hilal"la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir. 1,5 il ərzində o, Səudiyyə klubunun heyətində cəmi 7 oyun keçirib. Zədə səbəbindən bir ilə yaxın forma geyinməyib.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью