Neymar formallığı aradan qaldırdı

13.01.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Bir neçə gün əvvəl Neymarla bağlı yayılan xəbər doğru çıxıb. 33 yaşlı hücumçu “Santos” ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, Braziliya klubunun rəsmi saytının məlumatına görə, ulduz futbolçunun yeni sözləşməsinin müddəti mövsümün sonuna - dekabrın 31-nə qədərdi.
Neymar “Santos”un yetirməsidi. 2009-13-cü illərdə Braziliya klubunda çıxış edən futbolçu sonra “Barselona”, PSJ və “Əl-Hilal”da oynayıb. O, 2025-ci ildə doğma klubuna qayıdıb.
Xatırladaq ki, “Santos” ötən mövsüm A seriyasını 47 xalla turnir cədvəlinin 12-ci pilləsində başa vurub. Neymar mövsüm ərzində 28 oyunda iştirak edib və 11 qolun müəllifi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью