Neymar gələcəyi haqda

23.05.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Santos"un cinah oyunçusu Neymar klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "ağ-qaralar” Braziliya çempionatının turnir cədvəlində autsayderdirlər.

Neymarın klubla müqaviləsi isə bu yay başa çatacaq. 32 yaşlı hücumçu "Santos"la müqaviləsini yeniləyib-yeniləməyəcəyinə hələ qərar vermədiyini deyib: 

"Santos ilə müqaviləmi yeniləyəcəyəmmi?" İndi buna cavab verə bilmirəm".

Qeyd edək ki, cari mövsüm Neymar bütün turnirlərdə 11 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью