futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Santos”un futbolçusu Neymar Braziliya çempionatında “Botafoqo” ilə matçda (0:1) qırmızı vərəqə alıb.
Futbolpress.az xəbər verir ki, o, 76-cı dəqiqədə əli ilə topa vurduğu üçün ikinci sarı vərəqəni görüb və meydandan qovulub. Neymar matçdan sonra oyunun idarəçiliyindən narazı qaldığını bildirib:
“Birinci sarı vərəqəm düz deyildi. Kobudluq yox idi. Ancaq ikinci “sarı” doğru idi. Braziliyada çox pis hakimlər var. Xahiş edirəm, daha məni cəzalandırmayın”.