Neymar hamilə xaımınına Vinisiusun keçmiş sevgilisi ilə xəyanət edib

16.11.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Braziliyalı futbolçu Neymar bu dəfə meydandakı çıxışı ilə deyil, şəxsi həyatına dair yayılan xəbərlərlə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, jurnalist Fabia Oliveiranın "Metropoles" portalında dərc olunan məlumatına görə, "Santos"un hücumçusu həyat yoldaşı Bruna Biyankardinin üçüncü övladına hamilə olduğu dövrdə başqa qadınla yaxınlıq edib.

İddiaların mərkəzində "Real Madrid"in futbolçusu Vinisius Juniorun keçmiş sevgilisi Virciniya Fonseka dayanır. Bildirilir ki, Neymar noyabrın 6-da San-Pauluda təşkil edilən özəl ziyafətdə onunla vaxt keçirib.

Məclisdə telefonların istifadəsinə icazə verilmədiyi üçün görüntülər yayılmasa da, tədbirdə olan şəxslərin sözləri diqqət çəkib. Onların iddiasına görə, Virciniya gecə boyunca Neymarın qucağında rəqs edib. Futbolçunun isə ona "Vivibora" ləqəbi ilə müraciət etdiyi bildirilir.

Neymarla bağlı yayılan bu məlumatlar sosial şəbəkələrdə də maraq doğurub. Hələlik tərəflərdən iddialara dair rəsmi açıqlama verilməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью