Neymar hədələdi: Mundiala aparılmasa...

10.02.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ulduz futbolçu Neymar Braziliya millisinin DÇ-2026 üçün heyətinə daxil olmaq istəyir.

Fanat.Az xəbər verir ki, bu barədə "Touchline" məlumat yayıb.

Mənbənin məlumatına görə, 34 yaşlı hücumçu hətta 11 iyun - 19 iyul tarixlərində keçiriləcək mundiala getməsə, butslarını asmağa da hazırdır.

Braziliyalı hazırda zədəsini sağaldır.

Neymar Braziliya milli komandasında 128 oyun keçirib, 79 qol vurub və 59 məhsuldar ötürmə edib. Neymarın yığmada sonuncu oyunu 18 oktyabr 2023-cü ildə olub. O, Uruqvaya 0:2 hesabı ilə uduzduqları oyunda meydana çıxıb.

Qeyd edək ki, Braziliya millisi DÇ-2026-nın qrup mərhələsində Mərakeş (14 iyun), Haiti (20 iyun) və Şotlandiya (25 iyun) ilə qarşılaşacaq.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью