Neymar hələ qərar verməyib

04.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Braziliyalı hücumçu Neymar açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı futbolçu insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq karyerası ilə bağlı bunları deyib:

“Braziliya millisinə 100 faiz vida etdiyimi deyə bilmərəm. İndiki qərarım dayanmaqdır, amma sonra nə olacağını bilmirəm. Ümumilikdə, karyeramı bitirməyi düşünmürəm. İlin sonuna kimi “Santos”la müqaviləm var. Fiziki durumum imkan verdiyi qədər oynamaq istəyirəm. Yekun qərarımı dekabrda verəcəyəm”.

Neymar 2010-cu ildə Braziliya millisində debüt edib. O, yığmada 130 oyunda 80 qol vurub, 59 məhsuldar ötürmə edib. O, “sambaçılar” tarixinin bombardiridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью