Neymar İnter Mayamiyə keçə bilər

17.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Braziliya milli futbol komandasının hücumçusu Neymar ABŞ-nin “İnter Mayami” klubuna keçə bilər.

"Report"un məlumatına görə, bu barədə İsveçrənin "Sky Sport" nəşri xəbər yayıb.

Məlumata görə, futbolçu komanda yoldaşlarına yayda argentinalı Lionel Messinin oynadığı “İnter Mayami”yə, eləcə də braziliyalının çıxış etdiyi “Barselona”ya keçmək istədiyini bildirib. Səudiyyə Ərəbistanı iddia edib ki, Neymar bu yolla maaş artımına nail olmaq üçün “Əl-Hilal”a təzyiq etmək istəyir.

Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın PSJ klubundan "Əl-Hilal"a keçib, o, yeni komandasında 5 oyun keçirib və bir qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью