Neymar “İnternasional”la qarşılaşmada çıxış etməyəcək

24.11.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

“Santos”un hücumçusu Neymar Braziliya A Seriyasının 35-ci turunda “İnternasional”a qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə “Globo Esporte” məlumat yayıb.

33 yaşlı futbolçu əvvəlki matçda – “Mirasol”a qarşı oyunda sol dizində narahatlıq hiss edib. Komandanın məşqçilər heyəti riskə getməmək üçün Neymarın bu turda istirahət etməsinə qərar verib. Məqsəd onun növbəti matça – “Sport Resifi”yə qarşı oyuna tam hazır olmasıdır.

“İnternasional”la qarşılaşma “Santos” üçün böyük əhəmiyyət daşıyır. Komanda hazırda 37 xalla turnir cədvəlinin 17-ci pilləsində və düşmə zonasındadır. Rəqib “İnternasional” isə 40 xalla 15-ci sırada qərarlaşıb.

Neymar cari mövsümdə A Seriyasında 17 oyunda iştirak edib, 4 qol vurub.

"Fənərbaxça"dan Sörloth açıqlaması: "Sürprizlərə açıq olun" Osimhen daha bir qarşılaşmanı buraxacaq Olimpiya çempionu vəfat edib Daha bir "Qalatasaray"lı İstanbul derbisini buraxacaq ÇL: “Qalatasaray”a tanış hakim
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью