Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymar karyerasında 500-cü qolunu vurub.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu Braziliya çempionatının 37-ci turunda “Vitoriya” ilə səfər qarşılaşmasında bu göstəriciyə nail olub.
İkinci hissədə cərimə zərbəsini dəqiq yerinə yetirən Neymar komandasını 2:1 hesabı ilə önə çıxarıb. Braziliyalı ulduz ilk hissədə Villian Araonun qolunun da məhsuldar ötürməsinin müəllifi olub.
Neymar 500 qol həddinə 826 qarşılaşmada çatıb. Onun hər oyuna orta məhsuldarlığı 0,61 qol təşkil edir.
Neymarın 500 qolunun komandalar üzrə bölgüsü:
- “Santos” - 161
- PSJ - 126
- “Barselona” - 114
- Braziliya millisi - 80
- Braziliyanın U-20 millisi - 9
- Braziliyanın Olimpiya millisi - 8
- “Əl-Hilal” - 1
- Braziliyanın U-17 millisi - 1.