Neymar karyerasını başa vura bilər

09.07.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Braziliya millisinin tarixinin ən sərrast bombardiri Neymar peşəkar futbolçu karyerasını başa vura bilər.

Apasport.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Dünya çempionatında komandasının 1/8 final mərhələsində mübarizəni dayandırmasından sonra Neymar ABŞ-də qalaraq ailəsi ilə vaxt keçirir. Təcrübəli hücumçunun bundan sonra gələcək karyerası ilə bağlı yekun qərar verəcəyi bildirilir.

Neymarın çıxış etdiyi “Santos”un məşqçilər korpusunda futbolçunun müqaviləsini vaxtından əvvəl ləğv edərək yüksək səviyyəli futbolla vidalaşa biləcəyi ehtimalı istisna edilmir.

Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsinin müddəti 31 dekabr 2026-cı ilədək nəzərdə tutulub.

"Barsa"dan Adeyemi üçün rəsmi təklif - Dortmundun cavabı gözlənilir Deşam: “Rəqibimiz Mərakeşdir, hakim yox” "Beşiktaş" qapıçısını rəsmən açıqladı - 4 illik müqavilə "Fənərbaxça"dan darmadağın - Avstriya klubuna 5 cavabsız qol Super Liqa klubu qapıçısı ilə yollarını ayırdı - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью