Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Neymar klubundan aldığı yeni təklifi qəbul edib. O, “Santos” ilə müqaviləsinin müddətini uzatmağa yaxındı.
“TNT Brazil”in məlumatına görə, ulduz futbolçu artıq doğma klubu ilə yeni müqavilənin detalları barədə razılaşıb. Tərəflər arasında imzalanacaq yeni sözləşmə 2026-cı ilin yayına qədər qüvvədə olacaq.
Neymar 2009-13-cü illərdə də formasını geydiyi “Santos”a yanvarda qayıdıb. 33 yaşlı braziliyalı hücumçu bu il “Santos”un heyətində 10 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Neymarın ümumilikdə “Santos”un heyətində 235 oyuna çıxdığını, 139 qol vurub 69 məhsuldar ötürmə etdiyini də bildirək.