Neymar künc nöqtəsindən birbaşa vurdu VİDEO

24.02.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Braziliyanın "Santos" klubunun futbolçusu Neymar künc nöqtəsindən birbaşa zərbə ilə qol vurub.

Bakıvaxtı.az xəbər verir ki, 33 yaşlı hücumçu Paulista çempionatının XII turunda "İnter Limeyra" ilə matçda fərqlənib.

Təcrübəli forvard komandasının ikinci qoluna imza atıb.

Qeyd edək ki, görüş "Santos"un 3:0 hesablı qələbəsi ilə bitib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью