Neymar Messi ilə eyni klubda oynaya bilər

09.08.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

ABŞ-nin "İnter Mayami" klubu Braziliyanın "Santos" komandasında çıxış edən Neymarı heyətinə qatmaq niyyətindədir.

BAKU.WS xəbər verir ki, 34 yaşlı hücumçunun 2027-ci ilin yanvarından MLS təmsilçisinin formasını geyinməsi mümkündür.

Neymarın karyerasını Şimali Amerikada davam etdirmək variantını nəzərdən keçirdiyi bildirilir.

Braziliyalı futbolçunun "Santos"la müqaviləsi 2026-cı il dekabrın 31-də başa çatır. Neymar bu mövsüm 19 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" onun hazırkı bazar dəyərini 8 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью