Neymar Messinin komanda yoldaşı ola bilər İdmanXəbər

10.01.2025

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

Braziliyalı ulduz futbolçu Neymar karyerasını Amerikada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “İnter Mayami”də çıxış edən Luis Suares və Lionel Messi onu yanlarına gətirmək niyyətindədi. Hələlik Neymar gələcəyi ilə bağlı qərarını verməyib.

32 yaşlı oyunçunun “Əl-Hilal”la müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

O, zədələrə görə il yarım ərzində cəmi 7 oyunda iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью