Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Braziliya millisinin hücumçusu Neymar milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, 34 yaşlı futbolçu DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesablı məğlubiyyətdən sonra yığma ilə vidalaşıb.
"Döyüşdüm, çox çalışdım. Amma artıq bitdi", - deyə Neymar bildirib.
Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində 130 oyunda 80 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb. O, yığma komanda tarixinin ən çox qol vuran futbolçusu kimi milli karyerasını başa vurub.
Niklas Süle futbola qayıtdı - 9-cu liqa klubuna keçdi Belçika Federasiyası FIFA-ya etiraz etdi - Baloqun qərarı mübahisə yaratdı Ronaldo: “Nə vaxt istəsəm, onda gedəcəyəm, siz istəyəndə yox” Baloqunun cəzası təxirə salındı - Trampdan FIFA-ya təşəkkür “Fənərbaxça” kapitanı ilə müqaviləni uzatdı – Minimum maaşa imza atdı