Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Braziliya millisinin məşqçilər heyəti Neymarı Misirlə yoldaşlıq oyununa aparmağı lazım bilməyib. Qarşılaşma iyunun 6-da, şənbə günü Klivlenddə keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə "Meia Hora" məlumat yayıb.
34 yaşlı braziliyalı hücumçu millinin Nyu-Cersidə yerləşən bazasında qalacaq. O, sağ baldırından 2-ci dərəcəli zədə səbəbindən müalicə alır və ona görə də Misirlə oyunda ona ehtiyac duyulmayıb.
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya C qrupunda Mərakeş (14 iyun), Haiti (20 iyun) və Şotlandiya (25 iyun) ilə qarşılaşacaq.