Neymar MLS klubuna transferdən imtina etdi

26.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Neymar "Sinsinnati"yə transferdən imtina edib. Sport24.az "A Bola"ya istinadən xəbər verir ki, "Santos"un forvardı tərəflər uzun müddət danışıqlar aparsalar da, sonda tərəflər arasında razılaşma əldə olunmayıb.

Mənbənin sözlərinə görə, braziliyalı ulduz futbolçu MLS-ə transfer olunmağa hazırdır və artıq digər variantları nəzərdən keçirməyə başlayıb.

Neymar son qərarını DÇ-2026-dan sonra verəcək. 34 yaşlı hücumçu hazırda bütün diqqətini DÇ-2026-da pley-offa yüksələn Braziliya millisinə yönəldib.

Qeyd edək ki, Neymarın "Santos"la hazırkı müqaviləsi 2026-cı ilin dekabrın 31-nə qədərdir. Bu il o, Braziliya klubunda 15 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью