Neymar MLS yolunda İdman və Biz

16.01.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Neymar karyerasını MLS-də davam etdirə bilər.

İdman.biz "Foot Mercato"ya istinadən xəbər verir ki, "Əl-Hilal"ın hücumçusu "Çikaqo Fayr" ilə danışıqlar aparır.

ABŞ klubu braziliyalı futbolçu ilə 2 illik müqavilə imzalamaq niyyətindədir.

Qeyd edək ki, Neymar dizindəki çarpaz bağlar yırtıldığı üçün 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər oynamayıb. Bu mövsüm o, yalnız "Əl-Əyn" (5:4) və "İstiqlal"la (3:0) qarşılaşmalarda meydana çıxıb. İkinci matçın sonunda növbəti dəfə zədələnib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью