Neymar niyə Barselona dan PSJ yə keçib?

17.01.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın sabiq hücumçusu Neymar 2017-ci ildə Kataloniya klubundan ayrılmasından danışıb.

QOL.az xəbər verir ki, 32 yaşlı futbolçu La Liqa təmsilçisini tərk edərək PSJ-yə keçməsinin səbəbini açıqlayıb.

“Bu, şəxsi bir şeydir. Açığı, maliyyə baxımından PSJ-nin təklifi "Barselona"dakı qazancımdan daha yaxşı idi... Və PSJ-də braziliyalılar var idi. Braziliyalılarla oynamaq istəyirdim. Tiaqo Silva, Dani Alveş, Markinyos, Lukas Moura PSJ-də çıxış edirdi. Onların hamısı mənim dostlarım idi”.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"nın formasını geyinib. Bu müddət ərzində o, bütün turnirlərdə 186 matça çıxıb, 105 qol vurub və 76 qolun ötürməsini verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью