Neymar: Ofsayd qaydası dəyişilməlidir

18.04.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Neymar: "Ofsayd qaydası dəyişilməlidir"

Braziliya millisinin və "Santos"un hücumçusu Neymar futbolda hansı qaydanı dəyişdirmək istədiyini açıqlayıb.

QOL.az tribuna.com-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu oyundan kənar vəziyyət qaydalarından narazı olduğunu deyib:

"Ofsayd qaydasını dəyişərdim. Ofsayd yalnız havadan ötürmələr üçün keçərli olmalıdır. Ötürmə sinə səviyyəsindən aşağı olduqda qeyd edilməməlidir".

Qeyd edək ki, daha əvvəl FİFA DÇ-2026 zamanı ofsayd qaydaları ilə bağlı hər hansı yumşalma tətbiq olunmayacağını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью