Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Braziliyalı futbolçu Neymar “Santos”un “Koritiba” üzərində qələbəsindən sonra rəqib komandanın azarkeşləri ilə sərt mübahisə edib.
İdman.Biz "ge.globo" nəşrinə istinadən xəbər verir ki, hadisə Braziliya çempionatının 35-ci turunda keçirilən və “Santos”un 1:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmadan sonra baş verib.
Matç boyunca tribunadan ünvanına səsləndirilən təhqirlərə əsəbiləşən Neymar final fitindən sonra azarkeşlərə yaxınlaşaraq onlara sərt cavab verib.
“Siz ikinci liqaya düşəcəksiniz, axmaqlar! Mənə hörmət etməlisiniz! Siz kiçik klubsunuz!” - deyə futbolçu nalayiq ifadələr də işlədərək qışqırıb.
Qarşılaşmanın taleyini Qabriel Barbosanın əlavə vaxtda vurduğu qol həll edib. Neymar da həmin hücumda iştirak edib. Onun zərbəsindən sonra qapıçıdan qayıdan topu Barbosa tora göndərib.
Qeyd edək ki, Neymar cəza səbəbindən buraxdığı iki oyundan sonra “Santos”un start heyətinə qayıdıb.