Neymar peşəkar karyerasının ən yaxşı mərhələsini açıqladı: Amma bu, kədərli idi | Icma.az
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol komandasının braziliyalı hücumçusu Neymar peşəkar karyerasının ən yaxşı mərhələsindən danışıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RMC Sport" nəşri məlumat verib. "Mənim idman sahəsində ən yaxşı illərim PSJ-də olub.
Amma bu, kədərli idi, çünki tez-tez olduqca ciddi zədələr alırdım və zədə üç-dörd ay davam edirdi. Bu, məni çox narahat edirdi.
Amma futbol nöqteyi-nəzərindən PSJ-dən olan Neymar mənim bütün karyeram ərzində ən yaxşı Neymar idi.
Mən xoşbəxtəm ki, futbolumu fransızlara təklif edə bildim", - deyə Neymar bildirib.
Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"ın oyunçusu olub.
Onun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədədir.
Tam oxu
Xəbəri oxu