Neymar rəqib komandanın rəhbərləri ilə dalaşdı Video

05.08.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Santos”un ulduz futbolçusu Neymar Braziliya Kubokunun 1/8 finalında “Remo” üzərində qələbədən sonra rəqib komandanın rəhbər şəxsləri ilə qalmaqal yaşayıb.

“Qafqazinfo” xəbər verir ki, onun 1:0-lıq qələbəni çılğın şəkildə qeyd etməsi “Remo” klubunun bir neçə işçisini özündən çıxarıb.

Onlar Neymara etiraz edib. Nəticədə, futbolçu qalibiyyəti daha çılğın şəkildə qeyd etməyə başlayıb. “Remo”lular isə Neymara hücum etmək istəyib. Lakin mühafizəçilər buna imkan verməyib.

Sözügedən anları təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью