Neymar sabah müayinədən keçəcək

05.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Neymar sabah müayinədən keçəcək"

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti komandanın ulduz hücumçusu Neymarın səhhəti və fiziki durumu barədə açıqlama verib. 

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinə danışan italiyalı mütəxəssis Neymarın turnirə qədər bərpa olunma müddəti ilə bağlı nikbin danışıb:

"Neymarın vəziyyəti kifayət qədər aydındır, hazırda fərdi şəkildə çox gərgin çalışır. Sabah o, MRT müayinəsindən keçəcək. Əgər hər şey qaydasında olarsa, gələn həftədən etibarən komanda ilə birlikdə ümumi məşqlərə qoşula biləcək".

Qeyd edək ki, DÇ-2026-nın əsas favoritlərindən sayılan Braziliya seçməsi turnirdəki ilk matçını iyunun 14-də Mərakeş millisinə qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью