Neymar sabiq klubuna dönür

27.01.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Santos" "Əl-Hilal"ın forvardı Neymarı transfer etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Braziliya klubu 32 yaşlı hücumçu ilə şifahi razılığa gəlib. Bildirilir ki, keçidlə bağlı rəsmi addımlar gələn həftə atılacaq.

Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir. O, 2003-2013-cü illərdə bu klubun tərkibində olub. Neymar əsas komandada 225 oyun keçirib,136 qol vurub və 64 məhsuldar ötürmə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью