Neymar sabiq komanda yoldaşlarının yanına gedə bilər

11.10.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Santos"un futbolçusu Neymar kaaryerasını ABŞ-də davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter Mayami" braziliyalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

MLS təmsilçisi klubu ilə müqaviləsi bu ilin sonunda başa çatan Neymarla danışıqlara başlamağı planlaşdırır. 33 yaşlı oyunçu özü də "Barselona"dakı sabiq komanda yoldaşları Lionel Messi və Luis Suareslə yenidən birrlikdə oynamaq fikrinə isti yanaşır.

Qeyd edək ki, Neymar bu ilin yanvar ayında "Əl-Hilal"dan "Santos"a keçib. Braziliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью