Neymar Santos la yeni müqavilə imzalayacaq

17.12.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Braziliyanın "Santos" komandası hücumçusu Neymarla yeni müqavilə barədə danışıqlara başlayıb.

"Unikal" ESPN nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı futbolçu ilə razılıq əldə edib.

Braziliya təmsilçisi oyunçunu 6 aylıq sözləşmə ilə 2026-cı il dünya çempionatına qədər komandada saxlamaq niyyətindədir.

Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsi bu ilin sonunda başa çatacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью