Neymar “Santos”u qadağadan xilas etdi 2 milyon avro borc ödədi

31.08.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Santos” FIFA-nın tətbiq etdiyi transfer qadağasını aradan qaldırıb.

Apasport.az xəbər verir ki, Braziliya klubu “Monako”ya olan 2,032 milyon avroluq borcunu Neymarın ailəsinə məxsus NR Sports şirkətinin maliyyə dəstəyi ilə ödəyib. 

Borc 2023-cü ildə yarımmüdafiəçi Jan Lukasın “Monako”dan transferi ilə bağlı yaranıb. “Santos” futbolçu üçün razılaşdırılmış 6 milyon avronun ilk iki hissəsini ödəsə də, 31 yanvar 2025-ci ildə verilməli olan son 2 milyon avroluq ödənişi həyata keçirməyib. Faizlərlə birlikdə borc 2,032 milyon avroya çatıb.

“Monako”nun müraciətindən sonra FIFA “Santos”a üç transfer pəncərəsi üçün yeni futbolçu qeydiyyatdan keçirmək qadağası qoymuşdu. Braziliya klubunun İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi şikayət də təmin edilməmişdi.

NR Sports-un ayırdığı vəsait hesabına borc tam bağlandıqdan sonra FIFA qadağanı ləğv edib. Razılaşmaya əsasən, “Santos” və Neymarın ailəsinə məxsus şirkət klub formasında hazırda satılmayan bəzi reklam sahələrinin kommersiyalaşdırılması üzərində birgə işləyəcək.

Qeyd edək ki, transfer qadağasının aradan qalxmasından sonra “Santos” heyətini gücləndirmək üçün yenidən hərəkətə keçib. Klubun “Yuventus”dan ayrılan Artur Melo ilə anlaşmağa yaxın olduğu bildirilir.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Acundan növbəti transfer – “Roma”nın hücumçusu "Hall Siti" yolunda “Fənərbaxça”dan ayrıldı - “Ayaks”da çıxış edəcək Leao rəsmən “Qalatasaray”da “Çelsi” dünya çempionunu heyətinə qatıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью